Binəqədinin xanım bələdiyyə sədri vəzifəsindən getdi
Bakının Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı vəzifəsindən istefa verib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən keçmiş bələdiyyə sədri işdən çıxarılmadığını, vəzifəsindən öz istəyi ilə getdiyini söyləyib:
"İcra başçısının məni işdən çıxarması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Mən ailə vəziyyətimlə bağlı bələdiyyə iclasına müraciət etmişəm. Müraciətimdə xeyir işimlə bağlı vəzifəmi idarə edə bilməyəcəyimi bildirmişəm. Belə ki, sentyabr ayında toyum olacağı üçün, işimdən uzaqlaşmaq qərarını vermişəm".
Mənbə:> Unikal.org