Qırğızıstan da KTMT-nin baş katibi vəzifəsinə Belarusun namizədini dəstəklədi
Qırğızıstan Respublikası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın namizədliyini dəstəkləyir.
“Sputnik Kyrgyzstan” yazır ki, bu barədə mətbuat konfransı zamanı Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov bildirib.
“Bu il KTMT-də sədrlik Qırğız Respublikasına keçib və mən Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul etdim, söhbət etdik, mən də qərarı imzaladım”, - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, bundan əvvəl S.Zasın namizədliyi Qazaxıstan və Tacikistan prezidentləri tərəfindən də dəstəklənmişdi.
Qeyd edək ki, noyabrın 8-də KTMT-nin Astana sammitində təşkilatın baş katibi vəzifəsinə Ermənistandan sonra Belarus təmsilçisinin gətiriləcəyi qərarlaşdırılmışdı.
Mənbə:> Virtualaz.org