“Sərkisyanın çıxışı 5 dövlətlə razılaşdırılmışdı” » AzNews.info -Xəbər portalı

“Sərkisyanın çıxışı 5 dövlətlə razılaşdırılmışdı”

“Sərkisyanın çıxışı 5 dövlətlə razılaşdırılmışdı”


Serj Sərkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında bütün KTMT dövlətlərinin liderləri adından Türkiyənin Su-24 təyyarəsini vurmasını tənqid etmişdi.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTMT-nin Baş katibi Nikolay Bordyuja söyləyib. Onun sözlərinə görə, Sərkisyanın bu çıxışı bütün üzv dövlətlərin prezidentləri ilə öncədən razılaşdırılmışdı.

Qeyd edək ki, 2015-ci ilin dekabrında KTMT-nin Moskvadakı iclasında Serj Sərkisyan Türkiyənin Rusiya təyyarəsini vurmasının Suriyadakı vəziyyətin düzəlməsinə xidmət etməyəcəyini bildirmişdi.

KTMT 1992-ci il mayın 15-də Daşkənd paktının imzalamasından sonra fəaliyyətə başlayıb. Müqavilə Ermənistan, Qazaxıstan, Rusiya, Qırğızıstan, Tacikistan, Özbəkistan arasında imzalanıb. 1993-cü ildə təşkilata Azərbaycan, Belarus və Gürcüstan da üzv olublar. Daşkənd müqaviləsi 1994-cü ilin 20 aprelində qüvvəyə minib. Həmin dövrdə müqavilə 5 il üçün nəzərdə tutulmuşdu. 1999-cu ildə Ermənistan, Qazaxıstan, Rusiya, Qırğızıstan, Tacikistan, Belarus bu müqaviləyə yenidən imza atdılar. Azərbaycan, Gürcüstan və Özbəkistan isə təşkilatda üzvlükdən imtina etdilər. Bundan sonra elə həmin il Özbəkistan Gürcüstan, Azərbaycan, Ukrayna və Moldovanın yaratdığı GUAM təşkilatına üzv oldu.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *