Nazarbayev KTMT-nin sədri postuna Belarus nümayəndəsinin namizədliyini dəstəklədi
Nazarbayev KTMT-nin sədri postuna Belarus nümayəndəsinin namizədliyini dəstəklədi
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşdə onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə namizədliyini dəstəklədiyini açıqlayıb.
RİA “Novosti” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidmətindən bildiriblər.
"Sankt-Peterburqda dövlət başçıları Aleksandr Lukaşenkonun təklifi əsasında sizin namizədliyinizi dəstəkləməyə qərar verdilər. Artıq təşkilata üzv ölkələrin rəhbərləri ilə görüşməyə başlamışsınız. Buna qədər Bişkekdə olmusunuz. Məlumdur ki, hazırda KTMT-yə Qırğız Respublikası sədrlik edir. Əminəm ki, görüşləriniz yaxşı keçib", - Qazaxıstan Prezidenti deyib.
Mənbə:> RİA Novosti