Paşinyanın mətbuat katibi Lukaşenkonun bəyanatını təkzib etdi
Rəsmi Yerevan Belarus prezidenti Aleksandr Lukaşenkonun bu ölkənin nümayəndəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi təyin ediləcəyi ilə bağlı bəyanatını təkzib edib.
Virtualaz.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan baş nazirinin vəzifələrini icra edənin mətbuat katibi Arman Yeqoyan deyib ki, KTMT baş katibinin təyinatı məsələsi hələlik həll olunmayıb.
“Məlumdur ki, KTMT-nin iclası hələ keçirilməyib. Ermənistanın bu məsələdə mövqeyi heç bir dəyişikliyə uğramayıb”, - Yeqoyan qeyd edib.
Mənbə:> Virtualaz.org