"Azərbaycan prezidenti KTMT sammitinə getməyə hazır idi..." » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

"Azərbaycan prezidenti KTMT sammitinə getməyə hazır idi..." NAZARBAYEV TƏKLİF VERİB, LUKAŞENKO DƏSTƏKLƏYİB...

"Azərbaycan prezidenti KTMT sammitinə getməyə hazır idi..."

KTMT-də Azərbaycan prezidenti İlham Əliyevi bu blokun Astanada keçirilən sammitinə dəvət etmək ideyası müzakirə olunub. Virtualaz.org xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazır.

Qəzetin mənbələrinin bildirdiyinə görə, bu ideyanı Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürüb və bəzi digər liderlər dəstəkləyib. O cümlədən Belarus prezidenti Aleksandr Lukaşenko. Məlumata görə İlham Əliyev Astanaya getməyə hazır idi, amma erməni tərəfi bu ideyaya qarşı çıxıb.

“Bloka daxil olmayan ölkələrin rəhbərləri KTMT-nin tədbirlərində iştirak edə bilərlər, amma təşkilatın bütün üzvləri buna razı olsa”-sammitdə iştirak edən ölkələrdən birinin nümayəndə heyətindəki yüksək rütbəli mənbə deyib. İndiki halda isə onun sözlərinə görə, konsensus olmayıb.

İlham Əliyevin Astanaya dəvət edilməsi ideyasını şərh etmək üçün qəzet Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyana zəng vurub. Nağdalyan deyib ki, onun bu barədə məlumatı yoxdur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *