Yaponların əksəriyyəti mübahisəli adalardan ikisinin qaytarılmasını istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Yaponların əksəriyyəti mübahisəli adalardan ikisinin qaytarılmasını istəyir

Yaponların əksəriyyəti mübahisəli adalardan ikisinin qaytarılmasını istəyir

Yaponiya əhalisinin 53,2 faizinin qənaətinə görə, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökumət Rusiya ilə danışıqlarda ilk növbədə diqqəti mübahisəli dörd adadan ikisinin qaytarılmasına yönəltməlidir. Qalan iki adanın statusu isə sonrakı məsləhətləşmələr zamanı müəyyən edilməlidir. Bu, Kyodo agentliyinin keçirdiyi sorğunun nəticəsində məlum olub.

Eyni zamanda, respondentlərin 28,6 faizi “dörd adanın hamsının qaytarılması” tələbini dəstəklədiyini bildirib. Bundan əlavə 7,3 faizi bəyan edib ki, Yaponiyaya “yalnız iki adanın qaytarılması” da kifayət edər.

Sorğunun istirahət günlərində keçirildiyi bildirilsə də, rəyi soruşulanların ümumi sayı barədə məlumat verilmir.

Xatırladaq ki, noyabrın 14-də Sinqapurda Prezident Vladimir Putin ilə Baş nazir Şinzo Abe arasında yüksək səviyyəli görüş keçirilib. Görüşdən sonra Baş nazir bəyan edib ki, tərəflər sülh müqaviləsi üzrə danışıqların 1956-cı ildə qəbul edilmiş birgə sovet-Yaponiya bəyannaməsi əsasında aparılması barədə razılığa gəliblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *