Yaponiya Çindən yardım istədi
Yaponiya Çinin Koreya Xalq Demokratik Respublikasının nüvə proqramının dayandırılmasına yardım etməsini istəyir.
Yaponiya Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, bu barədə Taro Kano aprelin 15-də çinli həmkarı Van İ ilə görüşü zamanı bildirib.
Yapon nazir deyib: “Mən istəyirəm ki, Yaponiya və Çin Şimali Koreyanın nüvə proqramının ləğvinin nəzarət edilən və dönməz xarakterli olması kimi ümumi məqsədə doğru irəliləmək üçün əməkdaşlığı genişləndirsinlər”.
Van İ isə öz növbəsində ümid etdiyini bildirib ki, budəfəki görüş Yaponiya-Çin münasibətlərinin normal vəziyyətə düşməsi istiqamətində mühüm addım olacaq.
Aprelin 15-də Çinin xarici işlər nazirinin Yaponiyaya ikigünlük səfəri başlanıb. Həftənin birinci günü o Çinin nümayəndə heyətinin rəhbəri kimi son yeddi ildə ilk dəfə iki ölkə arasında keçiriləcək yüksək səviyyəli iqtisadi dialoqa qatılacaq, həmçinin Baş nazir Şinzo Abe ilə görüşəcək.
Mənbə:> AzerTac