Nazarbayevlə Putin Paşinyandan soruşdu ki...
KTMT-nin statusunu artırmaq üçün buraya rəhbər kimi təqaüd yaşına çatanları yox, gənc və istedadlı generalları təyin etmək lazımdır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu rusiyalı jurnalistlərə açıqlamasında Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Paşinyan mənə zəng edəndə ona dedim ki, niyə Xaçaturovu siyasi motivlərlə həbs edib? Mən ona dedim ki, bu fikri dəstəkləmirəm”, – deyə o bildirib.
Lukaşenko həmçinin Sankt-Peterburqda keçirilən Avrasiya İttifaqı sammitinin detallarını da açıb: “Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev görüş zamanı Paşinyana yalnız bir sual verdilər: Niyə o, vacib qərar qəbul etməzdən öncə zəng edib, məsləhətləşməyib? Problemi biz yox, Paşinyan yaradıb. KTMT baş katibi məsələsində problem yaratmaqla Ermənistan baş naziri dövlət başçılarını Ermənistanın daxili siyasi məsələlərinin müzakirəsinə cəlb edib”.
Lukaşenko həmçinin üzr istəməsinə də aydınlıq gətirib: “Mən Putindən üzr istəməmişəm. Mən Nikoldan KTMT sədrliyi məsələsində olan söz atışmasına görə üzr istəmişəm”.
Mənbə:> Virtualaz.org