Lukaşenko və Nazarbayev Azərbaycanı KTMT-yə çağırır...
“Bizim mənbələrimizin bildirdiyinə görə hazırda Minsk və Astana Azərbaycana KTMT-də müşahidəçi statusu təklif edir, üstəlik bu məsələni əvvəlcədən blokun digər üzvləri ilə müzakirə etmədən...”
Virtualaz.org xəbər verir ki, bu haqda “Sputnik Armenia” agentliyinin KTMT daxilində son zamanlar baş verənlər haqda məqaləsində deyilir.
Bildirilir ki, Ermənistan Bakının müşahidəçi statusu almasına çətin razılıq verərdi. Qazaxıstan və Belarus isə Yerevana maksimum təzyiq göstərməyə çalışır. Üstəik ki, bu iki ölkənin liderinə görə Ermənistanın KTTM baş katibi postunda nümayəndəsi ilk növbədə Rusiyaya loyal adam kimi nəzərdən keçirilir. Ona görə də onlar Ermənistan nümayəndəsinin bloka başçılıq etməsini istəmirlər.
“Bununla da Qazaxıstan və Belarus təşkilatın flaqmanı olan Rusiyanın addımlarını torpedolayırlar. Onların destruktiv addımlar ilk növbədə təşkilatın lokomotivinə qarşı yönəlib. Moskvanın blokdakı aparıcı mövqeyi Moskva və Astana tərəfindən bacardıqca sual altına alınır”-Rusiyanın beynəlxalq xəbər agentliyinin Ermənistan redaksiyası bildirir.
Agentlik xatırladır ki, Qazaxıstan və Belarus xeyli müddət Yuri Xaçaturovun KTMT baş katibi olmasını əngəllədilər, hər dəfə bir bəhanə tapdılar. İndi isə Xaçaturova qarşı cinayət işi maraqlar toqquşmasını yenidən alovlandırıb.
“Yerevan əlbətdə ki, Xaçaturovu təqib etməklə səhvə yol verdi. Amma müttəfiqlərdən ikisi özünü bu cür aparırsa hansı hərbi-siyasi əməkdaşlıqdan söhbət gedə bilər?”-agentlik qeyd edir.
Mənbə:> Virtualaz.org