Kremlin həndəvərindən general Xaçaturova görə Yerevana xəbərdarlıq » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Kremlin həndəvərindən general Xaçaturova görə Yerevana xəbərdarlıq "DEYƏSƏN YADDAN ÇIXARIBLAR... "

Kremlin həndəvərindən general Xaçaturova görə Yerevana xəbərdarlıq

Ötən gün Yerevanda məhkəmə KTMT-nin Baş katibi, Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general Yuri Xaçaturovun barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxıb və onu girov əvəzində sərbəst buraxıb. General Xaçaturov 2008-ci il martın 1-də nümayişçilərin güllələnməsi işində ittiham edilənlərdən biridir.

Ofisi Kremlin həndəvərində yerləşən bədnam və indiyə qədər qatı ermənipərəst mövqeyi ilə tanınan MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev deyib ki, KTMT-nin fəaliyyətdə olan baş katibinə ittiham irəli sürülməsi kökündən yalnış addımdır və Rusiyada ciddi anlaşılmamazlığa səbəb olub.

“Əgər bu adam müəyyən statusa malik olmasaydı onun həbsi Ermənistanın daxili məsələsi ola bilərdi. Əgər Ermənistan rəhbərliyi bu məsələni doğrudan da həll etmək istəyirdisə cinayət işi qaldırmazdan əvvəl Rusiya ilə müzakirə edilməliydi. İndi isə KTMT-nin baş katibinə cinayət işi qaldırılır, özü də elə bir vaxtda ki, məsələn, Qazaxıstan Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. KTMT-də onsuz da bir çox problemlər var və erməni rəhbərliyi Rusiyaya əlavə problemlər yaratmağa cəhd edir”-Vladimir Yevseyev bildirib.

Kremlin həndəvərindən general Xaçaturova görə Yerevana xəbərdarlıq


Rusiyalı ekspertin bildirdiyinə görə Moskva Xaçaturovun tutulmasına və ya vəzifədən uzaqlaşdırılmasına dözə bilər. Amma belə hərəkətlərin onunla razılaşdırılmadan edilməsini də yaddan çıxarmayacaq.

Yevseyevə görə görünür erməni tərəfi yaddan çıxarır ki, KTMT-nin baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin təyin edilməsi üçün hansı səylər göstərmişdi və Rusiya bu təyinat üçün hansı maneələri dəf etməli olmuşdu.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *