“Putin İttifaqı”nın erməni baş katibi dindirilməyə çağırıldı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (“Putin İttifaqı”) baş katibi, general-polkovnik Yuri Xaçaturov 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı aparılan istintaq çərçivəsində dindirilməyə çağırılıb.
Bu barədə TASS agentliyi Ermənistan Xüsusi İstintaq Xidmətinə istinadən məlumat yayıb.
“Yuri Xaçaturov dindirilməyə çağırılıb. O bildirib ki, gərgin iş qrafiki ilə əlaqədar dindirilməyə yalnız iyulun axrı gedə bilər”, - məlumatda deyilir.
Xatırladaq ki, Yuri Xaçaturov 2008-ci il martın 1-də Ermənistan Silahlı Qüvvələrinin Yerevan qarnizonuna rəhbərlik edib. O, 2017-ci ildən KTMT-nin baş katibidir.
Mənbə: Virtualaz.org