Ər-Riyad Xaşoginin qatillərini Ankaraya verməyəcək
Ankaranın müvafiq sorğusuna baxmayaraq, Səudiyyə Ərəbistanı hakimiyyəti jurnalist Camal Xaşoginin qətlində ittiham olunan şəxsləri Türkiyəyə təhvil verməyəcək.
“Əl Cəzirə” xəbər verir ki, belə bir bəyanatla Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr çıxış edib.
“Biz Camal Xaşoginin qətlinin istintaqı çərçivəsində vətəndaşlarımızı Türkiyəyə verməyəcəyik”, - deyə o vurğulayıb.
Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Xaşogi bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb
Mənbə:> Virtualaz.org