“Rus hərbçisi süpürgəçini döyüb öldürdü” xəbəri səfirliyi bərk qəzəbləndirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Hadisə

“Rus hərbçisi süpürgəçini döyüb öldürdü” xəbəri səfirliyi bərk qəzəbləndirdi

“Rus hərbçisi süpürgəçini döyüb öldürdü” xəbəri səfirliyi bərk qəzəbləndirdi

Rusiyanın Yerevandakı səfirliyi Gümrüdəki 102-cü hərbi bazanın hərbçilərindən birinin küçə süpürgəçisi qadını döyüb öldürməsi barədə Ermənistan KİV-lərində yayılan xəbərlərdən bərk hiddətlənib. Virtualaz.org xəbər verir ki, səfirlik bəyanatla çıxış edərək bu informasiyanın yayılmasını “məsuliyyətsiz hərəkət”, “Rusiya ilə Ermənistanın arasını vurmaq cəhdi” adlandırıb.

Gümrüdə süpürgəçinin rus hərbçisi tərəfindən döyülüb öldürülməsi haqda xəbəri A1+ telekanalı və daha bir sıra KİV-lər yayıb. Orada şahidlərə istinadən deyilirdi ki, Vardanants meydanında rusiyalı hərbçi süpürgəçi qadını hamının gözü qarşısında döyüb. Qadın aldığı xəsarətlərdən yerindəcə ölüb. Xəstəxanaya onun meyitini çatdırıblar. İstintaq idarəsi cinayət işi qaldırıb.

“Rus hərbçisi süpürgəçini döyüb öldürdü” xəbəri səfirliyi bərk qəzəbləndirdi


Lakin Rusiyanın Yerevandakı səfirliyi bəyan edib ki, Rusiya hərbçisinin Ermənistan vətəndaşının ölümündə əli olması barədə məlumat onları hiddətləndirib. “İnformasiya ilə işə bu cür yüksək səviyyədə qeyri-peşəkarlığın nümayiş etdirilməsi anlaşılmazdır. Hansı ki, təqsirsizlik prezumpsiyasına məhəl qoymadan “qışqıran” başlıqla yoxlanılmamış və təsdiqini tapmamış məlumat tirajlanır. Bu cür məsuliyyətsiz hərəkət, xüsusən də mürəkkəb seçkiqabağı dövrdə Rusiya ilə Ermənistan arasında strateji və ənənəvi dostluq münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrin işinə yarayır”-səfirlik bildirir.

Cənub Hərbi Dairəsinin mətbuat xidməti isə bildirir ki, Gümrüdə rusiyalı hərbçinin süpürgəçi qadını öldürməsi haqda informasiya həqiqəti əks etdirmir. “Polisə zəng vurun, onlar sizə hamısını deyərlər. Rusiya Silahlı Qüvvələrinin hərbçi qulluqçusunun bu hadisədə əli yoxdur. KİV-lərin bu bədniyyətli işi Rusiya ilə Ermənistan arasındakı münasibətlərə zərbə vurmaq cəhdidir”-açıqlamada deyilir.

“Rus hərbçisi süpürgəçini döyüb öldürdü” xəbəri səfirliyi bərk qəzəbləndirdi


Qərbyönümlü və Soros fondu tərəfindən maliyyələşdirilən lragir.am saytı isə yazır ki, Rusiya səfirliyinin erməni KİV-lərini qınayan bəyanatı “tərbiyəsizlikdir”. Belə ki, Gümrüdə 57 yaşlı qadının 102-ci hərbi bazanın hərbçisi tərəfindən vəhşicəsinə döyülüb öldürülməsi barədə xəbər hələ Ermənistan hüquq-mühafizə orqanları tərəfindən təkzib olunmayıb. Şübhəli saxlanılıb və Rusiya tərəfi inkar etmir ki, bazanın hərbi qulluqçularından biri xidmət yerinə geri qayıtmayıb.

“Hadisə qorxuncdur və əgər təsdiq olunsa ki, bunda doğrudan da Rusiya hərbçisinin əli var, o zaman təsəvvür etmək çətin deyil ki, əsgər Permyakovla bağlı hadisədən sonra bu əhvalat Rusiya-Ermənistan münasibətlərinə necə təsir edəcək. Və indiki vəziyyətdə erməni tərəfinin təmkin nümayiş etdirdiyi bir vaxtda Rusiya səfirliyinin belə reaksiyası suallar yaradır, hələlik başqa müstəvidə”-sayt yazır.

“Rus hərbçisi süpürgəçini döyüb öldürdü” xəbəri səfirliyi bərk qəzəbləndirdi


Lragir.am səfirliyin erməni KİV-lərini “məsuliyyətsizlikdə” ittiham etməsinə qəzəblənib və bildirir ki, mətbuat müstəqildir, Rusiya səfirliyinin qarşısında hesabat verməyə borcu yoxdur. “Bundan başqa, səfirlik hansı haqla Ermənistandakı daxili siyasi, xüsusən də legitim seçki prosesinə qiymət verir? Rusiya səfirliyinin bəyanatını Ermənistanın işlərinə hansısa məqsəd güdən açıq-aşkar və kobud müdaxilə kimi qiymətləndirmək lazımdır”-sayt yazır.

Lragir.am xatırladır ki, insident Rusiyadan ermənipərəst ekspertlərin və deputatların iştirak etdiyi “Lazarev klubu”nun Yerevanda keçirilən birinci iclası başlayan gün olub. Və seçkiqabağı dövrdə bu “lazarevçilərin” peyda olması yerli kollaborsionistlərə və müəyyən qüvvələrə seçkiqabağı situasiyanı səfirliyin bəyanatında deyildiyi kimi “mürəkkəbləşdirmək” üçün siqnaldır.

“Yeri gəlmişkən “Lazarev klubu”nun iclasının iştirakçılarını nə Ermənistan baş naziri, nə spikeri, nə prezidenti qəbul etməyiblər. Sonra prezident Aram Sərkisyan diskomfortu aradan qaldırmaq üçün hər halda klubun bəzi üzvlərini qəbul edib. Lakin belə görünür ki, bu nəzakət lazarevçi siyasi qocalar evin tərəfindən düzgün anlaşılmayıb”-sayt yazır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *