Tramp Ərdoğanla görüşü ləğv etdi
ABŞ prezidenti Donald Tramp G-20 sammiti çərçivəsində Türkiyə və Cənubi Koreya prezidentləri ilə nəzərdə tutulan rəsmi görüşləri ləğv edib.
Bu barədə “Reuters”in yaydığı məlumatda deyilir.
Ağ evin mətbuat katibi Sara Sanders bildirib ki, bu görüşlərin əvəzinə Tramp ölkə liderləri ilə qeyri-rəsmi müzakirələr aparacaq.
Qeyd edək ki, Tramp Kerç boğazındakı insident üzündən Rusiya prezidenti ilə planlaşdırılan görüşü də ləğv edib.
Mənbə:> Reuters