Tramp Makkeyni tərifləməyi qadağan etdi
ABŞ prezidenti Donald Tramp senator Con Makkeynin ölümü ilə əlaqədar hazırlanan relizin yayılmasını qadağan edib.
Trend-in verdiyi məlumata əsasən, Ağ Evin əməkdaşları Makkeynin Vyetnam müharibəsi zamanı qəhramanlığı, əsirlikdə olmağı və ABŞ-a xidməti ilə bağlı bəyanat hazırlayıblar.
Lakin Tramp bildirib ki, onun yerinə prezidentin mətbuat katibi Sara Sanders və Ağ Ev apparatının rəhbəri Con Kellinin çıxış etdiklərinə baxmayaraq, rəsmi reliz əvəzinə "tvit"ə üstünlük verir.
Mənbə:> Trend