SON DƏQİQƏ: Tramp tarixi görüşdən İMTİNA ETDİ
ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen İn arasındakı tarixi zirvə görüşü ləğv edilib.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Trampın KXDR lideri Kim Çen İnlə Sinqapurda nəzərdə tutulan görüşlərinin ləğv edilməsinin səbəbi kimi vəziyyətin uyğun olmadığı qeyd edilir.
Ağ Ev Trampın Kimə yazdığı məktubu yayımlayıb.
Qeyd edək ki, ABŞ və Şimali Koreya liderləri tarixdə ilk dəfə olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılmasını və KXDR-in nüvə-raket sınaqlarının dayandırılmasını müakirə etmək məqasədi ilə nəzərdə tutulurdu. ABŞ prezidenti Donald Tramp Kim Çen Inla Sinqapurda təşkil olunacaq sammitdə görüşəcəkləri barədə bunu demişdi:
"Bu, iyunun 12-də olar bilər, baxarıq. Gələn həftə biləcəyik".
Mənbə:> Milli.Az