Kim Çen In nüvə silahından imtina edə bilər
KXDR nümayəndələri ABŞ-a Şimali Koreya lideri Kim Çen Inın Koreya yarımadasında nüvə silahının ləğvini müzakirə etməyə hazır olduğunu bildiriblər.
Bu barədə "The Wall Street Journal" ABŞ prezidenti Donald Tramp administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
"ABŞ Kim Çen Inın Koreya adasının denuklearizasiyasının müzakirə edilməsinə hazır olmasını təsdiqlənmə məlumatı alıb", - deyə amerikalı məmur bildirib.
Qeyd edilir ki, amerikalı məmurlar belə təminatı nə vaxt və hansı şəraitdə aldıqlarını deməyiblər.
Bu da təbiidir, çünki tərəflər arasında danışıqlar gizli aparılır və onlarda hər iki ölkənin kəşfiyyatının əməkdaşları iştirak edirlər.
Mənbə:> Virtualaz.org