Amerikalı senator: “KXDR səhvə yol verir”
Amerikalı respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində ABŞ və Şimali Koreya liderlərinin Sinqapurda keçirilməsi nəzərdə tutulmuş danışıqlarının baş tutmaması ehtimalından danışıb.
Virtualaz.org xəbər verir ki, Qrem bununla bağlı deyib: “Onlar (KXDR) səhvə yol verirlər. Əgər görüşə gəlməsələr, bu o deməkdir ki, diplomatiya işləmədi. Bu bizi yenidən münaqişəyə qaytaracaq”.
Daha öncə verilmiş məlumata əsasən, Donald Trampla Kim Çen Inın görüşü iyunun 12-də Sinqapurda keçiriləcək.
Mənbə:> Virtualaz.org