KXDR-in etirazından sonra ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri dayandırdılar
ABŞ və Cənubi Koreya Donald Trump və KXDR lideri Kim Çen In arasında keçiriləcək görüş ərəfəsində Pxenyanın narazılığına səbəb olan birgə hərbi təlimlərini dayandırıblar.
Bu barədə “The Wall Street Journal” qəzeti amerikalı yüksək rütbəli şəxslərə istinadən yazıb.
Məlumata əsasən, təlimlər rəsmi Seulun təşəbbüsü ilə dayandırılıb. Cənubi Koreya rəhbərliyi ABŞ-KXDR sammiti ərəfəsində təlimlərin keçirilməsinin yarımadada gərginliyin artmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.
Bundan əvvəl KXDR Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Rəsmi Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.
Mənbə:> Virtualaz.org