Tramp: “Şimali Koreyanı güclü dövlətə çevirəcəyik”
ABŞ prezidenti Donald Tramp deyib ki, Cənubi Koreya, Çin və Yaponiya Şimali Koreya iqtisadiyyatına investisiya yatırmağa hazır olduqlarını bildiriblər.
Virtualaz.org xəbər verir ki, bu barədə məlumatı CBS yayıb.
“Cənubi Koreya, Çin və Yaponiya. Bu üç ölkə ilə danışmışam, onlar kömək etməyə hazır olacaqlar və güman edirəm ki, çox böyük həcmdə pul yatıracaqlar ki, Şimali Koreyanı güclü dövlətə çevirməyə kömək olsun”, - Tramp qeyd edib.
Xatırladaq ki, iyunun 12-də Sinqapurda Trampla Kim Çen In arasında zirvə görüşü keçirilməlidir.
Mənbə:> Virtualaz.org