General Vinset Bruks: “Tramp – Kim Çen In görüşü ləğv edilməyib, təxirə salınıb”
“ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş ləğv edilməyib, təxirə salınıb”.
“İnterfax” xəbər verir ki, bunu ABŞ-ın Cənubi Koreyadakı hərbi qüvvələrinin komandanı, general Vinset Bruks bildirib.
“Bu görüşlə bağlı narahat deyiləm. Çünki imkanlar hələ itirilməyib. Bu görüş, sadəcə olaraq, bir müddət sonrayadək təxirə salınıb”, - general mayın 25-də Seulda çıxışı zamanı vurğulayıb.
Qeyd edək ki, mayın 24-də ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşü təxirə saldığını bildirib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi isə rəsmi Pxenyanın istənilən vaxt ABŞ-la danışıqlara hazır olduğunu bildirib.
Mənbə:> İnferfaks