Ali Rada hərbi vəziyyətin elan edilməsi qərarını təsdiq etdi
Ukraynanın Ali Radası Kerç boğazında baş verən insidentlə bağlı ölkədə hərbi vəziyyətin elan olunmasını təsdiqləyib.
Hərbi vəziyyət 28 noyabr tarixindən 30 gün müddəti ərzində qüvvədə olacaq.
Qeyd edək ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb.
Mənbə:> Virtualaz.org