Rusiya Ukrayna hərbi gəmilərinə atəş açıldığını təsdiqlədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Rusiya Ukrayna hərbi gəmilərinə atəş açıldığını təsdiqlədi

Rusiya Ukrayna hərbi gəmilərinə atəş açıldığını təsdiqlədi

Ukrayna SQ Hərbi-Dəniz Donanması komandanlığının yaydığı ən son məlumatda bildirilir ki, Rusiyanın hücumu nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.

““Berdyansk” və “Yanı Kapu” zəbt edilib və yedəyə alınıb. “Nikopol” kiçik zirehli artilleriya kateri isə bloklanıb və işğalçı qüvvələrin nəzarəti altında hərəkət edir”, - deyə yeni məlumatda bildirilib.

Virtualaz.org bildirir ki, bu arada FTX rəsmi açıqlama yayaraq, Rusiya sərhədlərini pozan hər 3 gəminin ələ keçirildiyini təsdiqləyib.

Açıqlamada bildirilib ki, hadisə Qara dənizdə, Rusiyanın ərazi sularında baş verib. Rusiya sərhəd xidmətinin və Qara Dəniz Donanmasının tələblərinə baxmayaraq, təhlükəli manevrlər edən Ukrayna gəmilərinə güc tətbiq edilib: "Ukrayna hərbi gəmilərinin dayanması üçün silahdan istifadə edilib. Nəticədə Rusiyanın Qara dənizdəki ərazi sularında 3 Ukrayna gəmisi ələ keçirilib. Yaralanan 3 Ukrayna hərbçisinə tibbi yardım göstərilib, onların həyatı təhlükəsi yoxdur.

Rusiyanın sərhədlərinin pozulması ilə bağlı cinayət işi qaldırılıb"
.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib ki, prezident Petro Poroşenko Ukraynaya məxsus 3 gəminin Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı Hərbi Kabinetin təcili toplanmasına qərar verib.

“Saat 22:00-da (Bakı vaxtı ilə gecə yarısı) Poroşenko olayla bağlı Hərbi Kabineti toplayıb”, - məlumatda bildirilib.

Ukrayna Prezident Administrasiyasından isə bildirilib ki, Poroşenko Rusiyanın bu aqressiyası ilə bağlı Böyük Yeddilik və BMT TŞ-nin üzv ölkələrini məlumatlandırıb.

**01:04

Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, atəş nəticəsində “Berdyansk” kiçik zirehli artilleriya kateri zədələnib. Kater hərəkətdən qalıb, yaralı var.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *