BMT Təhlükəsizlik Şurası: Ukrayna gəmiləri geri qaytarılmalıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

BMT Təhlükəsizlik Şurası: Ukrayna gəmiləri geri qaytarılmalıdır

BMT Təhlükəsizlik Şurası: Ukrayna gəmiləri geri qaytarılmalıdır

BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa, Niderland, Polşa, İsveç və Böyük Britaniya məşvərətdən sonra Ukrayna gəmilərini buraxmaq və onların Kerç boğazından keçmələrinə icazə verməsi xahişi ilə Rusiyaya müraciət ediblər.

RİA "Novosti" xəbər verir ki, bu barədə ölkələrin yaydığı birgə bəyanatda deyilir.

"Ölkələr Rusiyanı Azov dənizində Ukrayna limanlarına maneəsiz girişi təmin etmək…, Kerç boğazı ilə keçid sərbəstliyini geri qaytarmaq və bütün tərəfləri gərginliyi dərhal azaltmaq üçün son dərəcə səbrlilik nümayiş etdirməyə çağırıblar", — deyə sənəddə bildirilir.

Üzv ölkələr bəyan ediblər ki, saxlanılan Ukrayna dənizçiləri azad olunmalı, ələ keçirilən gəmilər isə geri qaytarılmalıdır.

Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko ölkə ərazisində hərbi vəziyyət tətbiq etmək barədə qərar qəbul edib.

Mənbə: RİA Novosti
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *