Koalisiya qüvvələri Suriyada onlarla dinc sakini qətlə yetirdi
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriyanın Hacin şəhərinə endirdiyi zərbə nəticəsində 20 nəfər həlak olub.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.
Dünyasını dəyişənlər arasında 9 uşaq, həmçinin bir ailənin üzvü olan 8 qadın da var.
Mənbə:> Oxu.Az