Suriyada aviabazaya hücum: 15 ölü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Suriyada aviabazaya hücum: 15 ölü – YENİLƏNİB

Suriyada aviabazaya hücum: 15 ölü


İsrailin səhər saatlarında Suriyanın Homs vilayətindəki hava bazasına endirdiyi raket zərbələri nəticəsində üç iranlı həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə “FARS” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ölənlərdən ikisi Təbriz, biri Əhvaz şəhərindən olub.

Xatırladaq ki, bazar ertəsi İsrail hərbi hava qüvvələri sübh çağında Suriyanın Tifor aviabazasına zərbələr endirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər iki “F-15” qırıcısından buraxılıb. Raketlərdən üçü hədəfinə çatıb, qalanları havada zərərsizləşdirilib.

Hücum zamanı rusiyalı hərbi müşavirlər arasında ölən və ya yaralıların olmadığı bildirilir.

11:48

Suriyanın Humus şəhərində “Tiyas” Hərbi Hava Bazasını İsrail ordusunun iki F-15 qırıcısı bombalayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hədəfə üç raket çatıb, digər beş raket isə vurulub.

Hücum zamanı 14 nəfər ölüb. Ölənlər arasında iranlıların da olduğu bildirilir.

09:03

Suriyanın Humus şəhərində rejimə aid “Tiyas” Hərbi Hava Bazasına hücum olub.

Oxu.Az xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.

Məlumata görə, əvvəlcə baza yaxınlığından şiddətli partlayış səsləri gəlib. Sonradan bəlli olub ki, aviabazaya raket hücumu gerçəkləşdirilib.

Suriya təhlükəsizlik güclərinin də hücuma qarşılıq verdiyi deyilir.

Hücumu ABŞ-ın həyata keçirdiyi xəbərləri yayılsa da, sonradan təkzib olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *