Qırğızıstanda prokuror qətlə yetirildi
Qırğızıstanda Batken vilayətnin prokuroru Anarbay Mamajakıpov qətlə yetirilib.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə respublika DİN-in nümayəndəsi Kərimə Amankulova bildirib.
“Faktla bağlı cinayət işi açılıb. Şübhəli şəxs saxlanılıb, onunla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, - Amankulova deyib.
Onun sözlərinə görə, cinayətin səbəbləri və təfərrüatları haqqında danışmaq hələ tezdir.
Mamajakıpov bu ilin mayında Batken vilayətinin prokuroru təyin edilmişdi.
Mənbə:> Oxu.Az