Liberman istefa verdi
İsrailin müdafiə naziri, “Evimiz İsrail” partiyasının sədri Aviqdor Liberman istefaya getdiyini bildirib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Liberman bunu xüsusi mətbuat konfransında bəyan edib.
O, Knessetdə keçirilən görüşdən sonra jurnalistlərə bildirib ki, istefasına səbəb Qəzza zolağında fələstinlilərə qarşı hərbi əməliyyatların dayandırılmasıdır: "Buraya, həqiqətən, müdafiə naziri vəzifəsindən istefa verdiyimi elan etmək üçün gəlmişəm".
Onun sözlərinə görə, Qəzza sektorunda atəşkəs elan edilməsi və bununla paralel vəziyyəti nizamlamağa cəhd göstərilməsi terror qarşısında təslim olmaqdır.
İsrail KİV-inin məlumatına görə, A.Libermanın istefası növbədənkənar seçkilərin keçirilməsi ehtimalını artıra bilər.
A.Liberman özü isə deyib: "Dövləti bir neçə aylıq iflic eləmək lazım deyil. Ümid edirəm ki, artıq noyabrın 18-dək hamı üçün uyğun olacaq növbədənkənar seçkilərin tarixi razılaşdırılacaq. Qoy hansı siyasətin doğru olmasına seçicilər qərar versinlər".
Qeyd edək ki, Liberman 2016-cı ildən İsrailin müdafiə naziri vəzifəsində çalışıb.
Mənbə:> Virtualaz.org