Azərbaycan tankları İsrail və İran müdafiə nazirlərini bir-birindən ayrı saldı
İsrailin müdafiə naziri Aviqdor Liberman son anda Bakıya səfərini ləğv edib. Burada o, Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyinə həsr olunmuş hərbi paradda iştirak etməli idi.
Hərbi parad iyunun 26-da baş tutacaq və dəvət olunmuş xarici qonaqların sayına görə rekordçu adı qazanmalıdır. Azərbaycan hökuməti tərəfindən dəvət olunan fəxri qonaqlar arasında İsrailin müdafiə naziri də vardı.
Virtualaz.org-a məlum olduğuna görə, Aviqdor Libermandan savayı, hərbi parada İranın müdafiə naziri Əmir Hatəmi də dəvət edilib.
Lakin Əmir Hatəminin Bakıya səfər edəcəyini öyrəndikdən sonra Aviqdor Liberman öz səfərini ləğv edib. İsrail nümayəndə heyəti paradda bir neçə daha az əhəmiyyətli zabitlə təmsil olunacaq.
Mənbə:> Virtualaz.org