İsrail Azərbaycana satılan raketləri müasirləşdirir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

İsrail Azərbaycana satılan raketləri müasirləşdirir

İsrail Azərbaycana satılan raketləri müasirləşdirir

İsrailin müdafiə naziri Aviqdor Liberman hərbi sənaye müəssisələrinə daha uzaq məsafədə yerləşən hədəfləri məhv etməyə qadir yeni raketlər hazırlamaq barədə tapşırıq verib.

Virtualaz.org bildirir ki, bu barədə Warspot nəşri armyrecognition.com saytına istiandən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail Müdafiə Nazirliyi 300 kilometr məsafədə yerləşən hədəfləri məhv etməyə qadir “yer-yer” tipli raketlərin istifadəsi ilə İsrail Müdafiə Qüvvələri üçün yeni imkanlar yaratmaq istərdi. Hərbi texnika, o cümlədən EXTRA raket komplekslərinin əldə edilməsi üçün yarım milyard dollar civarında vəsait artıq ayrılıb. Layihənin ümumi dəyəri İsrail Müdafiə Qüvvələri tərəfindən sifariş ediləcək raketlərin sayından asılı olaraq 2 milyard dollar təşkil edə bilər. Bundan başqa, yeni raketlər İsrail ordusunun gəmilərində və təyyarələrində istifadə üçün uyğunlaşdırıla bilər.

Xatırladaq ki, EXTRA operativ-raket sistemi “Israel Military Industries” (IMI) və “Israel Aerospace Industries” (IAI) şirkətləri tərəfindən yaradılan artilleriya raket sistemidir. Bu sistemlər 2013-cü ildən etibarən Azərbaycan, İsrail və Vyetnam tərəfindən istifadə olunur.

EXTRA raketləri ilk dəfə ictimaiyyətə 2015-ci ildə Parisdə keçirilən aviaşoular çərçivəsində təqdim edilib. Sərt yanacaqlı raket 3,97 metr uzunluğa, 306 millimetr kalibrə, 450 kiloqram çəkiyə və 120 kiloqram döyüş çəkisinə malikdir.

Atəşin maksimal məsafəsi 150 kilometr təşkil edir. IAI tərəfindən hazırlanan tuşlama sistemi GPS üzrə peyklə, həmçinin TCS sisteminin vasitəçiliyi ilə atəş açmağa qadirdir və onun hədəfdən maksimal yayınması 10 metr təşkil edir.

Onu da xatırladaq ki, Azərbaycan müttəfiq ölkələrlə 500 kilometr məsafədəki hədəfləri vura biləcək ballistik raketlərin alınması və istehsalının qaydaya salınması üzrə aktiv danışıqlar aparır. Bu ölkələrin arasında Belarus, Ukrayna və Pakistan var. Bu baxımdan, rəsmi Bakının İsraildən yeni raket kompleksini almağa maraq göstərəcəyini istisna etmək olmaz. Xüsusən də ölkələrimiz arasındakı məhsuldar hərbi-texniki əməkdaşlığı nəzərə alsaq...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *