Liberman: Azərbaycanın mövqeyi tam ədalətlidir
“Biz şübhəsiz ki, Azərbaycan xalqını dəstəkləyirik”.
Azərbaycan ümumi qəbul edilmiş normalar çərçivəsində özünü olduqca məsuliyyətli aparır və buna görə də xəritəyə baxan, regionun tarixini bilən hər kəs Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin nə qədər tam haqlı olduğunu, tarixin, coğrafiyanın və demoqrafiyanın müvafiq faktlarına uyğun olduğunu başa düşür.
Bunu Trend-ə İsrailin keçmiş baş naziri, “Bizim ev-İsrail” partiyasının lideri Aviqdor Liberman deyib.
A.Liberman bildirib:
“Çox ümid edirəm ki, ilk növbədə beynəlxalq ictimaiyyət, indiki halda ATƏT-in Minsk Qrupunun bütün iştirakçıları obyektiv olacaqlar və hansısa dar, birtərəfli və siyasi mənfəətlərdən deyil, faktlardan çıxış edəcəklər”.
Keçmiş baş nazir əlavə edib:
“Biz şübhəsiz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyi özünü təmkinli aparır, amma təəssüf ki, digərləri özünü belə aparmır”.
Mənbə:> Trend