Lavrov: “Çətin ki, Qarabağla bağlı razılığa gəlmək alınsın...”
Ermənistanda siyasi vəziyyət sabitləşməyənə qədər Dağlıq Qarabağ tənzimlənməsi barədə ciddi razılığa gəlmək çətin ki, alınsın. Virtualaz.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Əldə edilmiş (Ermənistan baş nazirinin vəzifələrini icra edənlə Azərbaycan Prezidenti arasında Düşənbədə - red.) razılıq ondan ibarət idi ki, əlaqələri davam etdirmək lazımdır, xarici işlər nazirləri görüşəcəklər və əlbəttə ki, həm Ermənistan, həm də Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdır. Biz bu cür razılaşmanı alqışlayırıq”, - Moskvada keçirdiyi mətbuat konfransında Rusiya XİN başçısı bildirib.
“Anlayırıq ki, müşahidə etdiyimiz qədərilə kifayət qədər gur daxili siyasi proseslər başa çatmayana kimi çətin ki, bu böhrandan konkret çıxış variantlarını ciddi nəzərdən keçirmək və Dağlıq Qarabağ məsələsinin tam tənzimlənməsini təmin etmək mümkün olsun”, - o əlavə edib.
Mənbə:> Virtualaz.org