Türkiyəyə şok yaşadan qadının kimliyi bilindi – FOTO
İstanbulda üzərində partlayıcı qurğu ilə polis idarəsinə hücum edərkən öldürülən terrorçu qadının kimliyi bilinib.
ANS PRESS-in məlumatına görə, barmaq izlərinin araşdırılması nəticəsində terrorçu qadının Elif Sultan Kalsen olduğu müəyyənləşib.
Hansı ki, İstanbul polis idarəsinin axtarışda olanlar siyahısındakı “canlı bombalar” biri də o idi. O, bundan əvvəl yanvarın 6-da Sultanəhməddə bir polisin ölümü ilə nəticələnən terror aktında günahlandırılsa da, vəkili vasitəsilə haqında söylənən iddiaları rədd etmiş və günahsız olduğunu bildirmişdi.
Qeyd edək ki, ötən gün adının Elif Sultan Kalsen olduğu bilinən terrorçu qadın hücum zamanı polis nəzarət məntəqəsinə iki əl qumbarası atıb. Hadisə nəticəsində polis əməkdaşlarının biri yaralanıb.
Mənbə:> ANSPRESS