Türkiyədə daha bir terror şoku – VİDEO
İstanbulda Polis İdarəsinə silahlı hücum edilib.
ANS PRESS-in məlumatına görə, 2 silahlının təşkil etdiyi hücum zamanı 2 polis yaralanıb. Polisin açdığı cavab atəşi nəticəsindən bir silahlı öldürülüb, biri isə hadisə yerindən qaça bilib.
Silahlı şəxsin mikroavtobusa minərək qaçdığı iddia olunur.
Silahlı hücum səbəbindən İstanbulda böyük tıxac yaşanıb.
Belə ki, öldürülən silahlının üzərində bomba olması şübhəsi səbəbindən Polis İdarəsinin yerləşdiyi prospektdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Mənbə:> ANSPRESS