Tereza Mey: “Xaşoginin qətlində şübhəli sayılan şəxslərin vizaları ləğv ediləcək”
"Böyük Britaniya jurnalist Camal Xaşoginin qətlində şübhəli sayılan şəxslərin vizalarını ləğv edəcək". “Anadolu” agentliyi xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.
Qeyd edək ki, Camal Xaşogi oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Camal Xaşoginin paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Xaşoginin itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.
Mənbə:> Virtualaz.org