Səudiyyəlilər Camal Xaşoginin necə öldürüldüyünün detallarını açıqladılar » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hadisə

Səudiyyəlilər Camal Xaşoginin necə öldürüldüyünün detallarını açıqladılar

Səudiyyəlilər Camal Xaşoginin necə öldürüldüyünün detallarını açıqladılar

“The Washington Post” qəzetinin səudiyyəli jurnalisti Camal Xaşoginin qətli ilə bağlı yeni detallar ortaya çıxıb.

Adı açıqlanmayan Səudiyyə rəsmisi dünyanın gündəmini dəyişən qətllə bağlı "Reuters" agentliyinə ilginc açıqlamalar verib.

Mənbənin bildirdiyinə görə, Ər-Riyad hakimiyyətini sərt tənqid edən müxalif jurnalist Camal Kaşoqinin ölkəyə geri qaytarılması üçün İstanbula 15 nəfərlik nümayəndə heyəti göndərilib. Məqsəd onu öldürmək yox, ölkəyə qaytarmaq olub.

Aralarında kəşfiyyat xidmətinin və təhlükəsizlik qüvvələrinin əməkdaşları olan heyətə Camal Xaşogini tutaraq bir müddət İstanbulda saxlamaq, daha sonra Səudiyyəyə gətirmək tapşırılıb.

C.Xaşogi sənəd almaq üçün getdiyi konsulluqda gözləmədiyi situasiya ilə qarşılaşıb. Onu konsulun otağına apararaq, dərhal Səudiyyəyə dönməsini tələb ediblər. Jurnalist isə onu bayırda gözləyənin olduğunu, bir saat ərzində çıxmasa, Türkiyə hüquq-mühafizə orqanlarına məlumat veriləcəyini deyib.

"Mənə nə edəcəksiniz?, Qaçıracaqsınız məni?" - deyə Camal Xaşogi qəzəbli şəkildə bildirib. Dərhal 15 nəfərlik heyət onu "sakitləşdirməyə" çalışıb. Bu məqamda dava düşüb. Nəticədə Xaşogi naməlum səbəbdən həyatını itirib. Onun boğularaq öldürüldüyü iddia edilsə də, mənbə bu barədə fikir bildirməkdən yayınıb.

"Onu sakitləşdirmək üçün müdaxilə etdilər, amma öldü. Məqsəd onu öldürmək deyildi" - "Reuters"ə danışan mənbə deyib.

Camal Xaşoginin öldüyünə əmin olduqdan sonra izi itimək üçün onun cəsədi xalçaya bükülərək maşınla konsulluqdan çıxarılıb. Meyitin haraya aparılması hələ də məlum deyil. İddia edilir ki, səudiyyəli qrup onun cəsədini İstanbulda yaşayan milliyəti bilinməyən şəxsə verib.

Cinayətkar qrup üzvlərindən biri izi itirmək üçün Camal Xaşoginin qol saatını, eynəyini və paltarlarını geyinərək konsulluğun binasından çıxıb. Bununla da, onun konsulluğun binasından çıxmasına dair görüntü yaratmağa çalışıblar.

Baş verən hadisə ilə bağlı rəsmi Ər-Riyada yanlış məlumat verilib. Bildirilib ki, Camal Xaşogin sərbəst buraxılıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *