Daha üç jurnalist Azərbaycanın “qara siyahı”sına salınacaq
Frankafoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə heyətinin bəzi üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq səfərini təşkil edib.
Oxu.Az xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Qeyd olunur ki, bu baxımdan, jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
Mənbə:> Oxu.Az