XİN: Kimlərsə Azərbaycan və Bolqarıstanın dostluq əlaqələrindən narahatdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

XİN: Kimlərsə Azərbaycan və Bolqarıstanın dostluq əlaqələrindən narahatdır

XİN: Kimlərsə Azərbaycan və Bolqarıstanın dostluq əlaqələrindən narahatdır

Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Bolqarıstanın Vətənpərvər Cəbhə Partiyasını təmsil edən parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Özfəaliyyət xarakteri daşıyan bu qərəzli səfər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi təcavüz, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edən cəhd kimi qiymətləndirilir.

Bu barədə Oxu.Az-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Nazirliyin sözçüsü qeyd edib ki, bu qanunsuz səfər Bolqarıstanda kimlərinsə Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq müstəvisində dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından ciddi narahat olduqlarını bir daha göstərir.

“Təəssüflər olsun ki, rəsmi Yerevan Vyana görüşündə qeyd olunan hərtərəfli və substantiv danışıqlara zəmin hazırlamaq əvəzinə, bu kimi lüzumsuz və mənasız təxribatçı əməllərlə məşğuldur.

Sözügedən qanunsuz və təxribatçı səfər ilə əlaqədar Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyi və qanunverici orqanına müraciət edəcək və narahatlığımızı ifadə edəcəkdir.

Müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir”, - deyə H.Hacıyev qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *