Rusiyalı “Gecə canavarları” Qarabağda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Avto

Rusiyalı “Gecə canavarları” Qarabağda

Rusiyalı “Gecə canavarları” Qarabağda


Rusiyalı motosikletçilərdən ibarət qrupun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı məsələ araşdırılır.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Araşdırmanın ölkəmizin Rusiyadakı səfirliyi vasitəsi ilə aparıldığını deyən H. Hacıyev bu barədə əlavə məlumatın veriləcəyini bildirib.

“Fürsətdən istifadə edərək xatırlatmaq istərdik ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər Azərbaycanın “Dövlət sərhədi haqqında” qanunun və Miqrasiya Məcəlləsinin pozulmasıdır. Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə hörmətsizlikdir.

Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, mətbuatda “Gecə canavarları” adlı motoqrupun iyulun 31-də Ermənistana, oradan isə Dağlıq Qarabağa yollanacağı barədə məlumat yayılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *