Avropa Parlamentinin Qarabağa gedən deputatının adı "qara siyahı”ya salınacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Avropa Parlamentinin Qarabağa gedən deputatının adı "qara siyahı”ya salınacaq

Avropa Parlamentinin Qarabağa gedən deputatının adı "qara siyahı”ya salınacaq

Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonu adı Azərbaycanın "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.

Bunu virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Holokostun anımı ərəfəsində Avropa Parlamentinin İsveçdən olan üzcü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləminin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırım aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunuş ərazilərinə səfər etməsi işğal, təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənası daşıyır: "Bu kimi qanunsuz səfər ilə Lars Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə xələl gətirir.

Avropa Parlamentinin üzvü Lars Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən və çirkli brilyant ticarəti və pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utancvericidir.

Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyllərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal olunmuş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başadüşülən deyildir.

Aqressiv separatizmi, işğal və təcavüzün nəticələrini dəstəkləmək əvəzinə Avropa Parlamentinin üzvü kimi Lars Adaktussonun İsveç və Finlandiya arasında uğurlu muxtariyyət modeli olan Alaand adaları təcrübəsini bölüşməsi və təşviq etməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərdi.

Sözügedən şəxsin adı "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək".

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *