Qarabağa qanunsuz səfər edən rusiyalıların adları XİN-in “qara siyahısı”na düşdü
Azərbaycanın işğal olunmuş ərazilərinə - Dağlıq Qarabağa səfər etmiş Rusiyadan olan bir qrup vətəndaşın adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər” siyahısına salınıb.
AzNews.info “Report”a istinadən xəbər verir ki, siyahıda Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, “Vera” beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesserin adları yer alıb.
Daha əvvəl Azərbaycan XİN Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü “Qadınlar Sülh naminə” təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi ilə bağlı bəyanat yayıb və bu təşəbbüsün Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmədiyini vurğulayıb.
Mənbə:> Report