Rusiya deputatı işğal edilmiş Qarabağa səfəri haqda
Dövlət Dumasının deputatı Svetlana Jurova bildirib ki, onun ermənilər tərəfindən işğal edilmiş Qarabağa baş çəkməsi rəsmi yox, siyasətlə bağlı olmayan şəxsi səfər idi.
RİA Novosti bildirir ki, Rusiya deputatının sözlərinə görə, o əvvəlcə Ermənistanda olub, sonra Dağlıq Qarabağa gedib.
Dumanın beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini olan S.Jurova Azərbaycan parlament üzvlərinin Rusiyadan olan həmkarlarına, onun Dağlıq Qarabağa səfəri ilə bağlı təəccüb ifadə olunan müraciətini məhz belə şərh edib.
Xatırladaq, 7-8 oktyabrda Rusiya ictimai xadimlərinin və siyasətçilərinin bir qrupu "Qadınlar sülh naminə" adlı aksiyada iştirak etmək məqsədi ilə işğal olunmuş Dağlıq Qarabağa səfər edib.
Mənbə:> RİA Novosti