Britaniya parlamentinin binası mühasirəyə alındı
Böyük Britaniya parlamentinin binası polis tərəfindən mühasirəyə alınıb.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb hüquq-mühafizə orqanlarına parlament binası yaxınlığında şübhəli əşyanın aşkarlanması ilə bağlı məlumatın daxil olmasıdır.
Bildirilir ki, şübhəli əşya Viktoriya Embarkment Qardens parkında aşkarlanıb.
Polis ərazidə müvafiq tədbirlər görür.
Mənbə:> Oxu.Az