Bərdədə poçt binası yandı

Bərdə şəhərində yanğın hadisəsi baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bərdə şəhərində 4 mərtəbəli Mərkəzi Poçt binasının 2-ci mərtəbəsində çöl divarından keçən kommunikasiya xətləri 1 p.m yanıb.
Poçtun binası yanğından mühafizə olunub.
Yanğın saat 02:48-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə: Oxu.Az