Moldovada hökümət binası mühasirəyə alındı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Moldovada hökümət binası mühasirəyə alındı

Moldovada hökümət binası mühasirəyə alındı


Moldovanın paytaxtı Kişinyovda keçirilən hökumət əleyhinə aksiyada qətnamə qəbul ediləndən sonra aksiyaçılar hökumət binasını mühasirəyə almaq barədə qərar qəbul ediblər.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, “Ləyaqət və Həqiqət” platformasının lideri Andrian Nestase deyib ki, hakimiyyət özünü təcrid edib, milyardlar oğurlayıb, xalq isə yoxsulluq içərisində yaşayır.

A. Nestase bildirib ki, artıq 1 ildir ki, aksiya keçirirlər, ancaq hakimiyyət onları eşitmir.

Aksiyaçılar növbədənkənar seçki və hakimiyyətin istefası ilə bağlı şüarlar səsləndirir, eyni zamanda ölkədəki Avropayönümlü partiyaların koalisiyasının arxasında durduğunu düşündükləri oliqarx Vladimir Plaxotnyukun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirlər.

Daha sonra aksiyaçılar hökumət binasını əhatəyə almağa qərar veriblər. Yüzlərlə polis hökumət binası ətrafında həlqə yaradıb, aksiyaçıların binaya yaxınlaşmasına Mane olmağa çalışırlar. Hələ ki, aksiyaçılar və polislər özlərini təmkinli aparır, hər hansı qarşıdurma qeydə alınmayıb.

Təşkilatçılar aksiyada 30 minə qədər, polis isə 10 minə qədər insanın iştirak etdiyini bildirir. Polis aksiya təşkilatçıların nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı və Kişinyova gəlmək istəyən insanların əhəmiyyətli qisminin qarşısının alındığı barədə ittiahmı da qəbul etmir.

Bununla belə, hazırda Kişinyovun mərkəzində hərəkət tamamilə dayandırılıb, marşrut avtobusları və trolleybuslar hərəkət etmir. Şəhərin bir rayonundan digərinə yalnız taksi ilə getmək mümkündür.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *