Müxalif general prezident oldu
Nigeriyada keçirilən prezident seçkilərində ölkənin keçmiş hərbi rəhbəri Muhammədu Buhari qalib gəlib.
ANS PRESS-in məlumatına görə, beləliklə o, Nigeriya tarixində seçkini udan ilk müxalifət nümayəndəsi olub.
Onun partiyası bəyan edib ki, rəqib namizəd – hazırkı prezident Qudlak Conatanı məğlubiyyətini qəbul edib.
Buhari Conatandan 2 milyon çox səs toplayıb. Buharinin Mütərəqqi Konqres Partiyası Qudlak Conatanı siyasi iradəsinə görə təqdir edib.
Qeyd edək ki, bir çox seçicilər inanırlar ki, general Buhari Boko Haram ekstremistlərinə qarşı daha səmərəli mübarizə aparacaq.
Mənbə:> ANSPRESS