Terrorçuların paytaxtı alındı
Nigeriyanın hökumət qüvvələri “Boko Haram” terrorçu qrupunun istehkamı sayılan Gyoza şəhərini nəzarət altına aldığını bildirir.
ANS PRESS-in məlumatına görə, xilafətin qurulduğunu deyərkən “Boko Haram” şimal-şərqdəki şəhəri özünün paytaxtı elan etmişdi.
Qeyd edək ki, ötən il "cihadçılar" tərəfindən oğurlanan 200-dək məktəbli qızın məhz Gyozada saxlanıldığı güman edilir. Martın əvvəlində hərbçilər, Gyoza da daxil olmaqla, “Boko Haram” nəzarətində cəmi 3 şəhərin qaldığını bildirirdilər. Ötən həftə isə Nigeriya prezidenti Qudlak Conatan terrorçu qruplaşmasının ələ keçirdiyi ərazilərin bir ay ərzində geri gaytarılacağına ümid etdiyini deyib.
Xatırladaq ki, 2012-ci ildən bəri Nigeriyanın şimal-şərqində yaranan münaqişədə 15 500 adam həlak olub
Mənbə:> ANSPRESS