Lavrov: ABŞ Suriyada “Böyük Kürdüstan” yaratmaq istəyir
ABŞ Suriyadakı müttəfiqləri vasitəsilə Fəratın şərq sahilində qondarma dövlət qurmağa çalışır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“İdlib Suriyada son problemli bölgə deyil. Orada, Fəratın şərqində qətiyyən qəbuledilməz olayların baş verdiyi geniş ərazilər var. ABŞ kürdlər vasitəsilə orada qondarma dövlət qurmaq üçün bu torpaqlardan istifadə edir. Eyni zamanda bu ərazilərdə yaşayan və himayəsində olan şəxsləri qorumaq üçün əlindən gələni edir”, - deyə Lavrov bildirib.
ABŞ-ın bu bölgədə daim gərgin vəziyyətin davam etməsində maraqlı olduğunu bildirən Lavrov deyib ki, “onlar üçün belə çirkli suda istədikləri balığı tutmaq daha asan olur”.
Amma Rusiya XİN başçısı onu da əlavə edib ki, “belə oyunlar heç vaxt yaxşı bitmir”.
Mənbə:> Virtualaz.org