Sergey Lavrov: "Rusiyanın qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur"
"Rusiyanın qonşu dövlətlərə qarşı heç bir ərazi iddiası yoxdur, amma ölkə hər halda onların sakinlərini fəlakətdə qoymayacaq".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumentı i faktı" qəzetinə müsahibəsində bildirib.
"Rusiya dinc dövlətdir. Qonşularımıza qarşı heç bir ərazi iddiamız yoxdur. Biz mehriban qonşuluq ruhunda əməkdaşlıq qura biləcəyimiz firavan, çiçəklənən ölkələr ilə əhatə olunmaqda maraqlıyıq", - S.Lavrov deyib.
"Xüsusən də Rusiya istənilən halda Donbas sakinlərini fəlakət içərisində qoymayacaq", - deyə Rusiya xarici siyasət idarəsinin başçısı əlavə edib.
Mənbə:> Virtualaz.org